İspaniyanın “Kadis” klubunun futbolçusu Fali Ximenes koronavirus pandemiyası səbəbiylə dayandırılan çempionatla bağlı açıqlama verib.
 
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi, liqanın bərpa olunacağı halda, meydana çıxmaqdan imtina edəcəyini bildirib:
 
“Bəlkə də, oynamaq istəyən ilk futbolçu mənəm, çünki futbol üçün darıxıram. Amma hər gün 400 nəfər öldüyü halda, niyə hər şeyi dayandırmırıq? Futbolçular bir neçə ay məvacib almamalarına baxmayaraq, sabit həyat yaşaya bilirlər. Hətta bir dilim çörək və zeytun yağı yeməyə razı olaram, amma ailəmi təhlükəyə atmaram. Pul sağlamlıqdan daha vacibdir? 5 milyon avro üçün həyatımı təhlükəyə atmayacam”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest