"Bunu hər dəfə bildirmişik ki, biz Premyer Liqa, I Divizion və Azərbaycan Kuboku yarışlarına eyni gözlə baxırıq. I Divizionda həm Premyer Liqa klublarının ikinci komandaları, həm də elitanın potensial klubları çıxış edirlər"

"Dünya praktikasında məşqlərə və oyunlara başlamazdan öncə futbolçuların test edilməsi normaldır".
 
Bu barədə Peşəkar Futbol Liqasından I Divizion klublarının koronavirus testindən keçirilməmələri ilə bağlı sorğusuna cavab olaraq bildirilib.
 
Qeyd olunub ki, test prosesi günün əsas tələblərindən biridir. Çünki koronavirus daşıyıcısı olan bir nəfərin digər 25 nəfər sağlam oyunçunu yoluxdurmaq ehtimalı var. Bunu nəzərə alaraq, klublara belə bir tövsiyə olunub. 
 
O da vurğulanıb ki, hələlik Premyer Liqa klublarının məşqlərə başlaması prioritetdir. Ona görə də həmin klubların oyunçuları test veriblər: "Həmin testlərin nəticələrini həm ictimaiyyətə açıqlayıb, həm də rəsmi qaydada bizə təqdim ediblər".
 
Vurğulanıb ki, I Divizionda məşqlərə və oyunlara başlamaq ikinci prioritet olduğu üçün testlərin keçirilməsi də, çox güman ki, ona uyğun həyata keçirilə bilər.
 
PFL-dən həmçinin bildirilib ki, qurum üçün keçirdiyi yarışların hər biri vacibdir: "Bunu hər dəfə bildirmişik ki, biz Premyer Liqa, I Divizion və Azərbaycan Kuboku yarışlarına eyni gözlə baxırıq. I Divizionda həm Premyer Liqa klublarının ikinci komandaları, həm də elitanın potensial klubları çıxış edirlər. Bu yarışda çoxlu sayda gənc oyunçu, gənc hakim iştirak edir. Bu isə o deməkdir ki, I Divizion bu gün top qovan istedadların, eləcə də gənc hakimlərin yetişdiyi məkandır. Gələcək necə vacib olmaya bilər? Sadəcə, Premyer Liqa ilə I Divizion arasında belə bir fərq var. Premyer Liqa iştitrakçılarının yarısı çempionat bitdikdən sonra ölkəmizi avrokuboklarda təmsil edir, I Divizion klubları isə növbəti mövsümə hazırlaşır. O baxımdan liqaların da prioritetliyi sıralanıb". (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest