"Leyptsiq"in hücumçusu Timo Verner karyerasını İtaliyada davam etdirə bilər. Matc.az "Sky İtalia"ya istinadən xəbər verir ki, "Yuventus" forvardın xidmətində maraqlıdır.

Məlumata görə, Turin klubu almaniyalı futbolçunu heyətinə qatmaq niyyətindədir. 24 yaşlı hücumçu üçün əsas namizəd "Liverpul" klubudur. Ancaq "Yuventus" da Verner üçün tələb edilən məbləği ödəyəməyə hazırdır.

"Leyptsiq" daha öncə almaniyalı oyunçu üçün 70 milyon avro tələb edib. Ancaq komandanın çempion ola bilməyəcəyi təqdirdə Vernerin qiymətinin 50 milyon avroya enəcəyi bildirilir.

Qeyd edək ki, 24 yaşlı forvard cari mövsüm Bundesliqada 27 oyun keçirib və 24 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest