Tanınmış niderlandlı mütəxəssis Dik Advokat Kurasao milli komandası ilə müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yeni müqavilə daha 1 il – 31 iyul 2027-ci ilə qədər nəzərdə tutulub.
Advokat Kurasao millisinə 2024-cü ilin yanvarında baş məşqçi təyin olunub və komandanı tarixində ilk dəfə dünya çempionatına çıxarıb. O, 2026-cı ilin fevralında ailəvi səbəblərdən postunu tərk etsə də, elə həmin ilin mayında yenidən vəzifəsinə qayıdıb.
DÇ-2026-da Kurasao yığması 3 oyunda 1 xal toplayaraq E qrupunda sonuncu yeri tutub. Advokatın özü isə dünya çempionatları tarixinə ən yaşlı məşqçi kimi düşüb.
Təcrübəli mütəxəssis karyerası ərzində "Harlem", SVV, "Dordrext", PSV, "Reyncers", "Borussiya" (Münhenqladbax), "Zenit", "AZ Alkmaar", "Sanderlend", "Fənərbaxça", həmçinin Niderland, BƏƏ, Cənubi Koreya, Belçika, Rusiya, Serbiya və İraq milli komandalarını çalışdırıb.






_1788970912.jpg)



_1788964028.jpg)


