"Torino"nun sabiq hücumçusu Andrea Belotti B Seriyasında çıxış edəcək. 32 yaşlı oyunçu "Modena" ilə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Keçid azad agent statusu ilə baş tutub. Hücumçu 30 iyun 2027-ci ilə qədər müqavilə imzalayıb və komandada 11 nömrəli formada çıxış edəcək. Transferin maliyyə təfərrüatları açıqlanmır.
Ötən mövsümü "Kalyari"də keçirən Belotti cəmi 8 matçda iştirak edib. Sentyabr ayında dizinin çarpaz bağları yırtılan futbolçu mövsümün qalan hissəsini buraxmalı olub. Müqavilə müddəti başa çatdıqdan sonra o, azad agent statusu alıb.
Belotti daha çox "Torino" və "Palermo"dakı çıxışları ilə tanınır. O, həmçinin "Albinoleffe", "Roma", "Fiorentina", "Komo" və "Benfika"nın da şərəfini qoruyub.
2016–2022-ci illərdə İtaliya millisinin heyətində 44 oyun keçirib və 12 qol vurub, həmçinin yığma ilə Avropa çempionu olub.












