09 Sentyabr 2026, 13:28
FUTBOL
"Barselona"da baş məşqçi Hans-Diter Flik kapitan və vitse-kapitanı şəxsən özü seçib, qalan üç kapitan isə oyunçuların özlərinin səsverməsi ilə müəyyən edilib.
Matc.az xəbər verir ki, "Barselona"nın hücumçusu Lamin Yamal yeni mövsüm üçün Kataloniya klubunun beş kapitanı sırasına daxil edilməsi barədə fikirlərini bölüşüb.
"19 yaşında kapitan olmaq bir imtiyazdır. Komanda yoldaşlarıma çox minnətdaram. Bu rol mənə əlavə məsuliyyət yükləyir. Çox şadam və komanda üçün əlimdən gələni etməyə çalışacağam", - deyə Yamal qeyd edib.
Qeyd edəık ki, Yamal 2026/2027 mövsümündə "Barselona"nın beşinci kapitanı olub. İlk dörd kapitan isə onun komanda yoldaşları Rafinya, Pedri, Erik Qarsiya və Frenki de Yonqdur.













