Azərbaycan milli komandasının üzvü Yelizaveta Ruban 2026/27 mövsümündə "Turan" Voleybol Klubunun heyətinə qoşulub.  

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, təcrübəli hücumçu yeni mövsümdə həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında komandanın uğurları üçün mübarizə aparacaq.

Voleybolçunun karyera coğrafiyası olduqca zəngindir. O, ötən mövsümlərdə "Rabitə Bakı", "Telekom Bakı", İtaliyanın "Savino Del Bene Skandiççi", Rusiyanın "Leninqradka", Türkiyənin "Bolu Belediyespor", həmçinin Rumıniyanın "KSM Luqoj" və "KS Volei Alba-Blaj" kimi klubların şərəfini qoruyub.

Ruban karyerası ərzində CEV Challenge Kubokunun qalibi olmaqla yanaşı, Rumıniya Liqası, Rumıniya Kuboku və Superkubokunun qızıl medallarını qazanıb. O, həmçinin fərdi mükafatlar baxımından da zəngin göstəricilərə malibdir. Yelizaveta CEV Challenge Kubokunun və Rumıniya Kubokunun ən yaxşı bombardiri, Rumıniya Liqasının isə ən yaxşı hücumçusu seçilib.

Azərbaycan milli komandasının heyətində isə təcrübəli hücumçu İslam Həmrəyliyi Oyunlarının mükafatçısı olmağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest