 
 
	Koronavirus pandemiyasına görə martdan bəri dayandırılan futbol üzrə İngiltərə Premyer Liqasının bərpa tarixi rəsmən müəyyənləşib.
	Matc.az xəbər verir ki, sözügedən çempionat iyunun 17-də bərpa olunacaq. Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
	Xəbərdə turnirin təxirə salınmış iki oyunla bərpa olunacağı diqqətə çatdırılıb. Söhbət "Aston Villa" - "Şeffild Yunayted" və "Mançester Siti" - "Arsenal" matçlarından gedir. Həmin həftənin sonunda, iyunun 20-dən etibarən isə 30-cu turun qarşılaşmaları keçirilməyə başlayacaq.
	Qeyd edək ki, İngiltərədə çempionatlar martın əvvəlindən etibarən dayandırılıb. Ən yaxın izləyicisi "Mançester Siti"ni 25 xal qabaqlayan "Liverpul" zirvədə qərarlaşıb.
				
         	
                                             
               
 
             
 















