Məlumata görə, XX turdan təxirə getmiş "Ray Valekano" - "Albasete" görüşü iyunun 11-də və ya 12-də keçiriləcək. İsrafilov həmin görüşün 45-ci dəqiqəsində qırmızı vərəqə aldığı üçün bu qarşılaşmada oynamayacaq.

İspaniya Sequndası Eddi İsrafilovun çıxış etdiyi "Albasete"nin oyunu ilə başlayacaq. Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, millimizin üzvü ilk görüşdə komandasına kömək edə bilməyəcək.
 
Məlumata görə, XX turdan təxirə getmiş "Ray Valekano" – "Albasete" görüşü iyunun 11-də və ya 12-də keçiriləcək. İsrafilov həmin görüşün 45-ci dəqiqəsində qırmızı vərəqə aldığı üçün bu qarşılaşmada oynamayacaq.
 
Xatırladaq ki, ilk hissəsi 0:0 bitən matçın fasiləsindən sonra "Albasete" meydana çıxmaqdan imtina edib. Səbəb kimi azarkeşlərin komandanın üzvü Roman Zozulyanı təhqir etmələri göstərilib. Onlar futbolçunu Ukrayna ordusuna dəstək verdiyi üçün nasist adlandırıblar. 
 
Qeyd edək ki, "Albasete" 30 oyundan sonra 35 xalla 18-ci, "Rayo Valyekano" isə 40 xalla 11-ci pillədə qərarlaşıb. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest