PSJ-nin hücumçusu Edinson Kavani karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, A Seriyası təmsilçisi uruqvaylı forvardla yaxından maraqlanır.

33 yaşlı hücumçu mövsüm sonu Paris təmsilçisindən ayrılacaq. O, PSJ ilə müqavilə yeniləmək istəmir. Azad agent olacaq futbolçunun "İnter" keçməsi gözlənilir.

Böyük ehtimal komandanın əsas silahı Lautaro Martines "Barselona"ya transfer olacaq. Buna görə də rəhbərlik onun yerinə Kavanini düşünür.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest