"Neftçi"nin hücumçusu Baqali Dabo Kipr klubu "Apollon"a transferi olunması xəbərlərinə münasibət bildirib. Matc.az xəbər verir ki, fransalı hücumçu hələ rəsmi müqavilənin imzalanmadığını açıqlayıb:

"Hazırda "Apollon"la danışıq aparıram. Azərbaycan çempionatının davam edib-etməyəcəyi ilə bağlı qərarı da gözləyirəm.Kipr klubuna transfer olunmağa çox yaxınam. Bu cür klubun maraq dairəsinə düşdüyüm üçün çox xoşbəxtəm. Ancaq istənilən halda, çempionatın bitməsini və keçidin tamamlanmasını gözləmək lazımdır".

Qeyd edək ki, Baqali Dabonun "Neftçi" ilə müqavilə müddəti iyunun 1-nə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest