Ancaq azərbaycanlı futbolçu komandadakı intizamsız davranışlarından Moskva təmsilçisinin əvəzedici heyətinə göndərilib. Bu səbəbdən də Quliyevin yenidən “Rostov”a qayıtması gözlənilir

"Spartak"da çıxış edən azərbaycanlı futbolçu karyerasını “Rostov”da davam etdirə bilər. Matc.az “çempionat.ru”ya istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun Moskva təmsilçisindən ayrılması gözlənilir.

Quliyev 2018-2019 mövsümündə  icarə əsasında "Rostov"da oynayıb. Qışda “Spartak” 1 milyon avro qarşılığında onu geri qaytarıb.

Ancaq azərbaycanlı futbolçu komandadakı intizamsız davranışlarından Moskva təmsilçisinin əvəzedici heyətinə göndərilib. Bu səbəbdən də Quliyevin yenidən “Rostov”a qayıtması gözlənilir.

Qeyd edək ki, Ayaz “Spartak”ın yetirməsidir. O, cari mövsüm “qırmızı-bəyazlılar”ın heyətində 15 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest