Avropa Liqasının qrup mərhələsinin II turu Azərbaycan futbolunda yeni rekordla nəticələnə bilər. Matç.az saytı xəbər verir ki, "Qarabağ"ın futbolçusu Qara Qarayev avrokubokların əsas mərhələsində ən çox matç keçirən Azərbaycan oyunçusu adına yiyələnməyə yaxındı.

Bunun üçün yarımmüdafiəçinin "Arsenal"la ev qarşılaşmasında meydana çıxması kifayətdi.

Qara təsnifat mərhələləri nəzərə alınmadan 24 dəfə avrokubok həyəcanı yaşayıb.

Qarayev hazırda Azərbaycan klublarının rekordunun şərikidi. O, Riçard Almeyda və İbrahim Şehiçlə eyni sayda görüşdə iştirak edib. 2014/15, 2015/16, 2016/17 mövsümlərində Avropa Liqası, 2017/18 mövsümündə isə çempionlar Liqasının qrupundakı bütün oyunlarda iştirak edən bu iki legioner artıq komandada deyil. Yalnız bir dəfə - 2016-cı ilin "Fiorentina" ilə səfər matçını buraxan Qara əcnəbilərə iki həftə öncə "Sportinq"lə qarşılaşmada çatıb. Onları keçmək üçün isə "Arsenal"la oyunda iştirak vacibdi.

Avropa Liqasının əsas mərhələsində hamıdan çox – 19-cu dəfə meydana çıxmaq şansına malik yarımmüdafiəçi digər 6 oyunu çempionlar Liqasında keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest