Topaz  Premyer Liqasının XIII turunun oyun cədvəlində dəyişiklik edilib. Matç.az saytı xəbər verir ki, "Qarabağ"ın "Keşlə" ilə ev oyununun vaxtı dəyişdirilib.

Bu, Ağdam klubunun müraciəti, bakılıların razılıq məktubu əsasında gerçəkləşib. PFL turun "Qarabağ" – "Keşlə" matçının 2 dekabrda deyil, 3 dekabrda oynanılmasına qərar verib.

Oyun bazar ertəsi saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. 

Dəyişikliyin səbəbi "Qarabağ"ın və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına qatılmasıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest