Avropa Liqasının qrup mərhələsinin V turunun rəmzi komandası açıqlanıb. Matç.az saytı xəbər verir ki, "11-lik"də Bakıda keçirilən "Qarabağ" – "Sportinq" qarşılaşmasının iki iştirakçısı da yer alıb.

Bunlar 6:1 hesabı ilə qalib gələn Portuqaliya təmsilçisinin üzvləridi. Yarımmüdafiəçi Bruno Fernandeş və hücumçu Abdulay Diabi Bakı Olimpiya Stadionundakı oyununa görə rəmzi komandaya daxil edilib.

Qapıçı: Tomaş Koubek (Renn);

Müdafiəçilər: Mitçel Veyser (Bayer), Zaxar Volkov (BATE), Jül Kounde (Bordo), Andreas Ulmer (Zalsburq);

Yarımmüdafiəçilər: Emil Smit Rou (Arsenal), Hakan çalxanoğlu (Milan), Bruno Fernandeş (Sportinq), Cermayn Lens (Beşiktaş);

Hüccumçular: Abdulay Diabi (Sportinq), Kallum Hadson-Odoi (çelsi).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest