"Erkən qol komandada özünəinamı artırdı. Bunun sayəsində ilk dəqiqələrdən oyuna nəzarət etməyə başladıq". Matç.az saytının məlumatına görə, bunu "Arsenal"ın baş məşqçisi Unay Emeri deyib.

Avropa Liqasının qrup mərhələsində "Vorskla"nın qonağı olan "topçular" səfərdə böyükhesablı (3:0) qələbə qazanaraq, birinci yeri təmin edib. Mətbuat konfransında komandasını tərifləyən Emeri son tura da toxunub.

İspaniyalı mütəxəssis "Qarabağ"la görüşün formal xarakter daşımasının onların hazırlığına təsir etməyəcəyini söyləyib: "Bugünkü performans əla idi. Daha çox futbolçulara şans vermək baxımından bu oyun önəmli idi. Hər gün bizimlə məşq edən gəncləri sınadım. Xüsusən də, Emil Smit-Rou artıq məsuliyyət dərk edir, oyunu öz üzərinə götürür. O, digər gənclərə örnəkdi. Gənclərimizə daha çox imkan vermək lazımdı. Avropa Liqasının son turunda "Qarabağ"la matçda da onlara güvənəcəm. Hər oyun bizim üçün çətindi. öz meydanımızda keçirəcəyimiz son görüşə də ciddi hazırlaşıb, qələbə qazanmağa çalışacağıq".

Qeyd edək ki, "Arsenal" – "Qarabağ" matçı dekabrın 13-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest