Bu gün Topaz Premyer Liqasında XIII tura start verilib. Matç.az saytı xəbər verir ki, turun ilk günündə 2 qarşılaşma baş tutub.

İlk oyun "Əlincə Arena"da keçirilib. "Sabah" öz meydanında "Neftçi"ni qəbul edib. 3 qırmızı vərəqə və mübahisəli hakim qərarları ilə zəngin görüşdə qonaqlar qələbə qazanıb. 2:1 hesablı qələbə 9 futbolçuyla qalan "Neftçi"yə qış çempionluğunu qazandırıb.

Mövsümdə ilk dəfə çempionat oyununu qəbul edən Sumqayıtda eyniadlı komanda "Səbail"lə görüşüb. Qonaq komandanın cüzi ərazi üstünlüyü ilə keçən matçda meydan sahibləri minimal hesablı qələbə qazanıb. Oyunun taleyini həll edən qolda "Səbail"in qapıçı və müdafiəçilərinin kobud səhvinin böyük rolu olub.

Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" – "Zirə" və birigün baş tutacaq "Qarabağ" – "Keşlə" oyunları ilə yekun vurulacaq.

Topaz Premyer Liqası

XIII tur
1 dekabr (şənbə)

"Sumqayıt" – "Səbail" - 1:0
Qol: Atilla Yıldırım, 61
"Kapital Bank Arena". Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev

"Sumqayıt": 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov, 99. Əli Babayev
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 21. Arif Daşdəmirov, 44. Qvanzav Maqomedov, 70. ülvi İsgəndərov, 77. Murad Xaçayev
Baş məşqçi:  Ayxan Abbasov

"Səbail": 1. Emil Balayev, 4. Enrike Perilyo, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov (k), 26. Kamal Qurbanov, 27. Emil Martinov, 28. Kevin Kubemba, 70. Urfan İsmayılov, 99. Jarjue Maudo
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 18. Aqşin Qurbanlı, 17. Elçin Rəhimli, 88. Orxan Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 96. Murad Məmmədov, 40. Ramil Orucov
Baş məşqçi: Aftandil Hacıyev

"Sabah" – "Neftçi" - 1:2
Qollar: Marko Deviç, 76-p. - Anton Krivotsyuk,  21, Mirabdulla Abbasov, 39
Qırmızı vərəqələr: Vanderson Silva,70 - Tural Axundov, 33, Baqali Dabo, 83
"Əlincə Arena". Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cavanşir Yusifov, Ramil Əhmədov

"Sabah": 30. Saşa Stamenkoviç, 32. Elvin Yunuszadə, 13. Filip İvanoviç, 25. Vanderson Silva, 21. Novruz Məmmədov, 19. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev (k), 4. Tərzin Cahangirov, 33. Eltun Turabov, 11. Elgün Nəbiyev, 97. Emil Qasımov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 22. Miloş Bosançiç, 27. Bəxtiyar Soltanov, 6. Vadim Abdullayev, 3. Elvin Bədəlov, 14. Tural Qürbətov, 9. Marko Deviç, 2. ülvi İbazadə, 5. Kərim Diniyev, 77. Şakir Seyidov, 12. Zahid Mərdanov
Baş məşqçi: Elşad Əhmədov

"Neftçi": 1. Səlahət Ağayev, 28. Slavko Braliç, 18. Tural Axundov, 5. Anton Krivotsyuk, 26. ömər Buludov, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 93. Soni Mustivar, 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 77. Elvin Sərkərov, 33. Ricat Qarayev, 95. Rəhman Daşdəmirov, 70. Əli Şirinov, 37. Vüsal Əsgərov, 6. Qoran Paratski, 7. Namiq Ələsgərov, 4. Rəşad Eyubov, 11. Kvame Karikari
Baş məşqçi:  Roberto Bordin

1

Neftçi

13

10

2

1

26-10

32

2

Qarabağ

12

7

3

2

21-13

24

3

Səbail

13

6

2

5

16-14

20

4

Sabah

13

5

2

6

11-18

17

5

Qəbələ

12

4

3

5

17-18

15

6

Sumqayıt

13

4

2

7

13-20

14

7

Keşlə

12

2

3

7

13-17

9

8

Zirə

12

2

3

7

12-19

9

Bombardir: Baqali Dabo (Neftçi) – 7.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest