“Qarabağ”ın prezidenti Tahir Gözəl mükafatlandırma mərasimindən sonratəşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
Matc.az xəbər verir ki, o, əvvəlcə çempionluq təəssüratllarını bölüşüb:
 
– 8-ci uğurumuzu qeyd etdik. 7 il ard-arda çempion olduq. Bu, Azərbaycanda ilkdi. “Qarabağ” Azərbaycan üçün çox böyük uğurlara imza atıb. Biz Avropanın qəlbi İsveçrədən əvvəl Çempionlar Liqasının himnini Azərbaycanda eşitdik. Bu, çox qürurverici hadisədi. Qeyri-adi vəziyyətdə yaşayırıq. 8 xallıq fərqi nəzərə alanda hesab edirik ki, “Qarabağ” bu medalı almağa layiq idi.
 
– COVID-19 bütün sahələrə ziyan vurub. “Qarabağ”dakı durum necədi? Büdcədə azalma gözlənilmir ki?
– Bunu hələ müzakirə etməmişik. Koronavirusun bütün dünyada iqtisadi təsirləri oldu. Bu, büdcəmizə də təsir edəcək. Amma biz “Qarabağ”ın adını və bu klubun mənəvi cəhətdən Azərbaycan üçün hansı rolu oynadığının fərqindəyik. Amma yenə Azrbaycanda çempionluğa oynayıb, xaricdə ölkəmizi layiqində təmsil etmək istəyirik. Önümüzdəki 1 ay ərzində müzakirələrimiz olacaq. İnşallah, gələn il üçün necə “Qarabağ” formalaşdıracağımızı biləcəyik. Mənim üçün əsas olan klubumuzun bir illik uğuru deyil, davamlı nəticələrdi. Bütün şəraitlərdə Azərbaycanı layiqincə təmsil edən klub olmasını istəyirik.
 
– Rəşad Sadıqov karyerasını bitirir. Siz onun dəyəri barədə nə deyə bilərsiz? Bundan sonra hansı ampluada olmasını məqsədə uyğun görürsüz?
– Rəşad Sadıqov “Qarabağ”ın bel sütunudu. O, klubumuzun ayrılmaz hissəsidi. Bu mənim şəxsi arzumdu ki, o, yenidən bizimlə olsun. Biz peşəkar klubuq, baş məşqçimizlə müzakirə etməliyik. Mən inanıram ki, Qurban Qurbanov da buna müsbət baxacaq. Onunla müzakirələr aparacağıq. Rəşadı texniki heyətdə görməyi arzulayardım. Həm təcrübəsi var, həm klubun siyasətini bilir. O, “Qarabağ” üçün çox lazımlı bir beyin, taktika ustası ola bilər. Qurban hocanın qərarı olacaq. (Futbolpress)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest