01 Dekabr 2018, 16:00
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 _1543680143.jpg) 
 
"Barselona" ev oyunlarını keçirdiyi "Nou Kamp" stadionunun adını satmağa hazırlaşır. Matç.az saytı xəbər verir ki, arenanın adını özəlləşdirmək istəyən əczaçı şirkəti ilə danışıqlar yekunlaşmaq üzrədi.
1940-cı ildə yaradılan "Grifols" şirkəti yaxın həftələrdə stadionun adına yiyələnmək istəyir. "Barselona"nın bu satışdan 300 milyon avro qazanmaq niyyətində olduğu bildirilir.
Qeyd edək ki, Kataloniya klubu arenada 600 milyon avro dəyərləndirilən yenidənqurma işləri aparmaq niyyətindədi.

 
             
 















