24 yaşlı futbolçu hələ ki gələcəyi ilə bağlı dəqiq nəsə deyə bilməyəcəyini vurğulayıb: "Hələlik rəsmi bir şey yoxdur. "Səbail"lə də heç bir danışığım olmayıb. Yəqin ki, məşqlər başlayana qədər hər şeyə aydınlıq gələr"

"Neftçi" ilə danışıqlar olacaq. Hələlik rəsmi bir şey yoxdur"

Bu sözləri matc.az saytına "Səbail"in futbolçusu Fəmin Muradbəyli yenidən "ağ-qaralar"a qayıdacağı barədə çıxan iddialara münasibət bildirərkən deyib.

24 yaşlı futbolçu hələ ki gələcəyi ilə bağlı dəqiq nəsə deyə bilməyəcəyini vurğulayıb: "Səbail"lə də heç bir danışığım olmayıb. Yəqin ki, məşqlər başlayana qədər hər şeyə aydınlıq gələr".

Qeyd edək ki, Fəhmin Muradbəyli müqavilə ilə "Neftçi"yə məxsus olsa da, 2017-ci ildən icarə əsasında "Səbail"də çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest