01 Dekabr 2018, 18:38
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov"un Rusiya Premyer Liqasındakı oyunu təxirə salınıb. Matç.az saytı xəbər verir ki, XVI turun "Orenburq"la görüşünün keçirilməsinə hava şəraiti imkan verməyib.
Belə ki, oyunun başlamasına bir saat qalmış Orenburqun "Qazovik" stadionunun meydançasında -17 dərəcə şaxta olub. Bu üzdən də görüş rəsmən qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, Ramilin komandası 15 oyundan sonra topladığı 14 xalla 13-cü yerdə qərarlaşıb.

 
             
 















