Fransanın “Renn” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi Lion “Olimpik”indən Martin Teryeni transfer edib.
 
Bu barədə “Renn”in rəsmi saytı məlumat yayıb. 23 yaşlı cinah oyunçusu ilə 5 illik müqavilə imzalanıb.
 
“Renn” Martinin keçidinə görə lionlulara 12 milyon avro ödəyəcək. Əlavə bonuslarla “Olimpik”in daha 3 milyon avro gəlir əldə etməsi mümkündü. Teryenin gələcəkdə başqa bir kluba transferi zamanı isə, “Renn” əldə edəcəyi gəlirin 15 faizini Lion təmsilçisinə verməli olacaq.
 
Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynamış Terye, Lion “Olimpik”ində 77 oyuna çıxıb, 17 qola imza atıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest