İspaniyanın “Deportivo” komandasının hücumçusu Pyer-Emerik Obameyanq bu gün avtomobil qəzası keçirib.
Matc.az xəbər verir ki, 37 yaşlı futbolçu komandanın məşqinə gedərkən hadisə baş verib.
İspaniyanın “Mundo Deportivo” nəşrinin məlumatına görə, qəza yerli vaxtla saat 09:23 radələrində La-Korunya yaxınlığında, AP-9 avtomobil yolunun 16-cı kilometrliyində qeydə alınıb. Qabonlu futbolçunun avtomobili başqa nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin hər iki avtomobilə ziyan dəyib.
Qəzadan sonra Obameyanq müstəqil şəkildə komandanın məşq bazasına çataraq kollektivlə birlikdə məşq edib. O, daha sonra baş verən hadisə ilə bağlı açıqlama verib.
“Bizim hər şeyimiz qaydasındadır. Həyatda belə hadisələr olur. Ən əsası, digər sürücünün xəsarət almamasıdır. Pis hadisədən sonra yaxşı günlər də gəlir”, – deyə hücumçu bildirib.
Qeyd edək ki, Obameyanq cari mövsümdə 10 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


_1795712706.jpg)






_1693395834.png)



