26 Noyabr 2026, 18:01
FUTBOL
“İnter” futbolçusu Karlos Auqusto ilə yeni müqavilə barədə razılıq əldə edib.
Matc.az xəbər verir ki, Milan təmsilçisi braziliyalı müdafiəçi ilə anlaşmanı 2031-ci ilin yayına qədər uzadacaq.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Yeni sözləşməyə əsasən, 26 yaşlı futbolçunun maaşı da artırılacaq. Tərəflər arasında razılıq əldə olunub və müqavilənin yaxın zamanda rəsmiləşdirilməsi gözlənilir.
Qeyd edək ki, Karlos Auqusto cari mövsümün əvvəlindən nümayiş etdirdiyi inamlı oyunla “İnter” rəhbərliyinin etimadını qazanıb.





_1795712706.jpg)






_1693395834.png)
