“Formula-1” üzrə ikiqat dünya çempionu Fernando Alonso virus infeksiyası səbəbindən Qətər Qran-prisinin ilk sərbəst yürüşündü iştirak etməyəcək.
Matc.az xəbər verir ki, bu barədə “Aston Martin” komandasının mətbuat xidməti məlumat yayıb.
Komandanın açıqlamasında ispaniyalı pilotun Las-Veqas Qran-prisinin sonlarına yaxın yoluxduğu virus infeksiyasından sonra sağalma prosesini davam etdirdiyi bildirilib. Onun cümə günü yenidən paddoka qayıdacağı gözlənilir.
Noyabrın 27-də keçiriləcək ilk sərbəst yürüşdə Alonsonu “Aston Martin”in ehtiyat pilotu Cek Krouford əvəzləyəcək. Qeyd edək ki, 21 yaşlı amerikalının bu sessiyada iştirakı Alonsonun xəstələnməsindən əvvəl planlaşdırılıb.
Krouford Las-Veqas Qran-prisinin ilk sərbəst yürüşündə də Alonsonu əvəz etmişdi. Lakin güclü yağış səbəbindən yalnız quraşdırma dövrəsi vura bilmişdi.
Cari mövsümdə 7 xal toplayan Alonso pilotların şəxsi hesabında 18-ci pillədə qərarlaşıb.
Qətər Qran-prisi noyabrın 27-dən 29-dək Lusail avtodromunda keçiriləcək.









_1693395834.png)



