26 Noyabr 2026, 17:44
FUTBOL
“Sabah” klubu Çempionlar Liqasının liqa mərhələsinin V turunda Bakıda “Barselona” ilə oyunu izləmək üçün Azərbaycana gələn rusiyalı azarkeş Anton Petrişşevin vəfatı ilə bağlı başsağlığı verib.
Bu barədə Matc.az-a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Klubun açıqlamasında mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı ifadə olunub.
Qeyd edək ki, Rusiyanın Krasnoyarsk diyarından Bakıya gələn, 1987-ci il təvəllüdlü Anton Petrişşev Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın ikinci hissəsində qəfil özünü pis hiss edib və dünyasını dəyişib. İlkin ehtimala görə, onun ölümünə ürək tutması səbəb olub.
Xatırladaq ki, görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:4.


_1795712706.jpg)






_1693395834.png)



