Futbol üzrə İtaliya A Seriyasında 31-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
 
Turun açılış matçında “Latsio” səfərdə autsayderlər qrupunda yer alan “Leççe”nin qonağı olub. Paytaxt təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb.
 
31-ci turun mərkəzi görüşü Milanda keçirilib. Lider “Yuventus” burada “Milan”la qarşılaşıb. Turin təmsilçisi də səfərdən əliboş qayıdıb.
 
“Napoli” bu turda “Cenoa” səfərinə yollanacaq, “İnter” isə “Verona”nı sınağa çəkəcək.
 
İtaliya A Seriyası
31-ci tur
7 iyul
 
Leççe – Latsio 2:1
Qol: Babakar, 30. Lusioni, 47 – Kaysedo, 5.
 
Milan – Yuventus 4:2
Qol: İbrahimoviç, 62-pen. Kessye, 66. Leao, 67. Rebiç, 80 – Rabyo, 47. Ronaldo, 53.
 
8 iyul
 
21:30 Fiorentina – Kalyari
21:30 Cenoa – Napoli
23:45 Roma – Parma
23:45 Atalanta – Sampdoriya
23:45 Bolonya – Sassuolo
23:45 Torino – Breşiya
 
9 iyul
 
21:30 SPAL – Udineze
23:45 Verona – İnter

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest