 
 
Bu gün Azərbaycan çempionatının I divizionunda X turdan təxirə salınan bir oyun keçirilib. Matç.az saytı xəbər verir ki, günün yeganə görüşündə "Neftçi" və "Qarabağ"ın ikinci komandaları üz-üzə gəlib.
Qarşılaşmanın ikinci yarısında 3 qol vuran Ağdam təmsilçisi səfərdən qələbə ilə ayrılıb. Qonaqların qollarına 71-ci dəqiqədə Cavid Bayramov, 8 dəqiqə sonra penaltini dəqiq yerinə yetirən Zaur Fərzəliyev, final fitindən 6 dəqiqə əvvəl Musa Qurbanlı imza atıb.
| 1 | MOİK | 12 | 9 | 2 | 1 | 21-9 | 29 | 
| 2 | Sumqayıt-2 | 12 | 9 | 0 | 3 | 25-10 | 27 | 
| 3 | Neftçi-2 | 12 | 7 | 2 | 3 | 14-12 | 23 | 
| 4 | Şüvəlan | 12 | 5 | 5 | 2 | 16-13 | 20 | 
| 5 | Sabah-2 | 12 | 5 | 4 | 3 | 12-6 | 19 | 
| 6 | Zaqatala | 12 | 4 | 6 | 2 | 19-11 | 18 | 
| 7 | Qarabağ-2 | 12 | 5 | 2 | 5 | 21-15 | 17 | 
| 8 | Keşlə-2 | 12 | 5 | 2 | 5 | 20-16 | 17 | 
| 9 | Qaradağ Lökbatan | 12 | 5 | 2 | 5 | 11-14 | 17 | 
| 10 | Turan Tovuz | 12 | 4 | 1 | 7 | 16-20 | 13 | 
| 11 | Kəpəz | 12 | 2 | 4 | 6 | 7-14 | 10 | 
| 12 | Səbail-2 | 12 | 3 | 1 | 8 | 9-25 | 10 | 
| 13 | Ağsu | 12 | 2 | 3 | 7 | 9-23 | 9 | 
| 14 | Zirə-2 | 12 | 2 | 0 | 10 | 11-23 | 6 | 

 
             
 















