"Nə deyəcəyimi bilmirəm". Matç.az saytı xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev deyib.

Dç-2018-in İtaliya ilə oyunundakı 0:3 hesablı məğlubiyyətə şərh verən çalışdırıcı komandanın yaxşı oynaya bilmədiyini vurğulayıb: "İtaliya çox güclü idi. Amma biz də yaxşı oynaya bilmədik. Bu qarşılaşmanı unudub, növbəti matça hazırlaşmalıyıq".

Komandamızın kapitanı Odina Əliyeva isə rəqibi təbrik edib: "İtaliya millisini qələbə münasibətilə təbrik edirəm. Rəqib bu qələbəyə layiq idi. çünki onlar çox yaxşı oyun nümayiş etdirdilər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest