İtaliyanın "Milan" klubu ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisinin müdafiəçisi Alessio Romanyoli zədələnib. 
 
Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli açıqlama verib. O, 25 yaşlı müdafiəçinin mövsümün qalan hissəsində "Milan"a kömək edə bilməyəcəyini deyib.
 
"Milan" A Seriyasında sona 3 tur qalmış 5-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest