"Liverpul"dan ayrılan Adam Lallananın yeni klubu müəyyənləşib
 
Matc.az xəbər verir ki, o, Premyer Liqanın digər təmsilçisi "Brayton"a keçib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı ingilis müdafiəçi yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. O, "Brayton"da 14 nömrəli formanı geyinəcək.
 
"Sauthempton"un yetirməsi olan Lallana, "Liverpul"da 2014-cü ildən çıxış edirdi. O, bir müddət icarə əsasında "Bornmut"da da oynayıb. İngiltərə yığmasının sabiq üzvü geridə qalan mövsümdə "qırmızılar"ın heyətində 20 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest