"Neftçi" Bolqarıstan millisinin futbolçusu Martin Raynovla maraqlanıb. Matc.az  "Topsport" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"dan təklif alıb.

Məlumata görə, tərəflər razılaşa bilmədiyi üçün danışıqlar dayandırılıb. ölkə xaricində oynamaq istəyən təcrübəli oyunçunun yenidən son klubu Sofiya "Levski"sinə qayıtma ehtimalı da var.

Qeyd edək ki, karyerası ərzində yalnız Bolqarıstan klublarının formasını geyinmiş Martin Raynov yığmada 7 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest