İspaniya millisinin və "Real"in sabiq futbolçusu İker Kasilyas karyerasını bitirib. Matc.az xəbər verir ki, bu barədə 39 yaşlı qapıçı özünün "Twitter" hesabında paylaşım edib.
 
 
2019-cu ilin mayında infarkt keçirən İker Kasilyas ötən mövsüm "Porto"nun heyətində meydana çıxmayıb. 
 
1998 - 2015-ci illərdə Madrid klubunun formasını geyinmiş əfsanəvi qapıçının prezident Florentino Peresin müşaviri vəzifəsində çalışacağı gözlənilir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest