İngiltərənin “Mançester Yunayted” klubu 19 yaşlı futbolçusu Brandon Uilyamsla müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, sol cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.
 
İngilis futbolçu ilə yeni anlaşmanın müddətinin daha bir il uzadılması da mümkündür.
 
“Mançester Yunayted”in yetirməsi olan Uilyams geridə qalan mövsümdə 39 oyuna çıxıb, 1 qola imza atıb. O, həm də İngiltərənin gənclərdən ibarət yığmasının üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest