"Liverpul" klubunun 2019-2020 mövsümündə ən yaxşı futbolçusu açıqlanıb. Matc.az "qırmızılar"ın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermənin nəticəsi bəlli olub.

Cordan Henderson hamını qabaqlayaraq, mövsümün ən yaxşısı adına layiq görülüb. Onun ardınca Sadio Mane və Tren Aleksander Arnold gəlib.

Xatırladaq ki, 30 yaşlı futbolçu 2019-2020 mövsümündə İngiltərə çempionluğunu, Klublararası Dünya Kubokunu və UEFA Super Kubokunu qazanıb.

Henderson ötən mövsüm 40 oyunda iştraik edib və 4 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest