06 Dekabr 2018, 14:01
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının AVRO-2020-nin seçmə mərhələsinin oyunlarını keçirəcəyi yer və tarix dəqiqləşib. Matç.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-17 Yunanıstanda qüvvəsini sınayacaq.
Millimiz meydan sahibləri, Almaniya və Qazaxıstanla mübarizə aparacaq. Bu qrupun oyunları 2019-cu il noyabrın 13-dən 19-dək keçiriləcək.
U-19 isə çexiyada meydan sahibləri, Norveç və San Marino ilə qarşılaşacaq. Bu qrupun oyunları 2019-cu il oktyabrın 9-dan 15-dək təşkil olunacaq.

 
             
 















