İsveçrənin "Qrasshoppers" klubu yoxlama oyununda qüvvəsini sınayıb.
 
Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun yenicə transfer olunduğu bu komanda Almaniyanın 3-cü liqa təmsilçisi "Türkgücü Münhen"lə qarşılaşıb.
 
Renatın yeni komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Dadaşov bu görüşün 65-ci dəqiqəsində meydana buraxılıb.
 
Qeyd edək ki, "Qrasshoppers" Dadaşovu "Vulverhempton"dan 1 illik icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest