Bu gün futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, son oyun günündə 45 matç nəzərdə tutulsa da, onlardan ikisi baş tutmayıb. Buna həmin oyunun iştirakçılarında koronavirus aşkarlanması səbəb olub.
 
Bir oyunla münasibətlərini aydınlaşdıran cütlərdə 2-ci təsnifat mərhələsinə vəsiqələrin sahibləri müəyyənləşib. Növbəti mərhələyə vəsiqə uğrunda Azərbaycanın üç klubu – "Neftçi", "Keşlə" və "Sumqayıt" da mübarizə aparıb. Amma onlardan yalnız "Neftçi" ümidləri doğrulda bilib.
 
Qeyd edək ki, əvvəlki günlərdə baş tutan iki oyunda Litvanın "Riteryay" və Lüksemburqun "Proqress" klubları artıq növbəti mərhələyə vəsiqəni təmin etmişdi.
 
Avropa Liqası
1-ci təsnifat mərhələsi
27 avqust
 
"Kayrat" (Qazaxıstan) – "Noa" (Ermənistan) 4:1
"Ordabası" (Qazaxıstan) – "Botoşani" (Rumıniya) 1:2
"Ventspils" (Latviya) – "Dinamo-Avto" (Moldova) 2:1
"Borats" (Bosniya və Herseqovina) – "Sutyeska" (Monteneqro) 1:0
"Teuta" (Şimali Makedoniya) – "Beytar" (İsrail) 2:0
"Nomme Kalyu" (Estoniya) – "Mura" (Sloveniya) matçı baş tutmayıb
"Dinamo" (Minsk, Belarus) – "Pyast" (Polşa) 0:2
"Linkoln" (Cəbəllütariq) – "Union" (Lüksemburq) 2:0
"Sumqayıt" (Azərbaycan) – "Şkendiya" (Şimali Makedoniya) 0:2
"Alaşkert" (Ermənistan) – "Renova" (Şimali Makedoniya) 0:1
"Apollon" (Kipr) – "Saburtalo" (Gürcüstan) 5:1
"Bodo Qlimt" (Norveç) – "Jalgiris" (Kauno, Litva) 6:1
"Neftçi" (Azərbaycan) – "Şkupi" (Şimali Makedoniya) 2:1
"Fehervar" (Macarıstan) – "Bohemians" (İrlandiya) 1:1 (penaltilər 4:2)
"Olimpiya" (Sloveniya) – "Vikinqur" (İslandiya) 2:1
"Qjilani" (Kosovo) – APOEL (Kipr) 0:2
"Lokomotivi" (Gürcüstan) – "Universitatya" (Rumıniya) 2:1
çSKA (Sofiya, Bolqarıstan) – "Sirens" (Malta) 2:1
"Makkabi" (Hayfa, İsrail) – "Jelezniçar" (Bosniya və Herseqovina) matçı baş tutmayıb
"Keşlə" (Azərbaycan) – "Laçi" (Albaniya) 0:0 (penaltilər 4:5)
"Vaduts" (Lixtenşteyn) – "Hibernians" (Malta) 0:2
"Orhus" (Danimarka) – "Honka" (Finlandiya) 5:2
"Malmö" (İsveç) – "Krakoviya" (Polşa) 2:0
"Hammarbü" (İsveç) – "Puşkaş Akademi" (Macarıstan) 3:0
"Rusenborq" (Norveç) – "Breydablik" (İslandiya) 4:2
"Jalgiris" (Vilnüs, Litva) – "Payde" (Estoniya) 2:0
"Hafnarfyordur" (İslandiya) – "Dunayska" (Slovakiya) 0:2
TNS (Uels) – "Jilina" (Slovakiya) 3:1
"Şaxtyor" (Soliqorsk, Belarus) – "Sfantul" (Moldova) 0:0 (penaltilər 1:4)
"Hapoel" (Beer-Şeva, İsrail) – "Dinamo" (Batumi, Gürcüstan) 3:0
"İskra" (Monteneqro) – "Lokomotiv" (Plovdiv, Bolqarıstan) 0:1
"Petrokub" (Moldova) – "Topola" (Serbiya) 0:2
"Kukesi" (Albaniya) – "Slaviya" (Bolqarıstan) 2:1
"Valletta" (Malta) – "Bala Taun" (Uels) 0:1
"Zrinski" (Bosniya və Herseqovina) – "Differdanj" (Lüksemburq) 3:0
B-36 (Farer adaları) – "Levadiya" (Estoniya) 4:3
"Servett" (İsveçrə) – "Rujomberok" (Slovakiya) 3:0
"Styaua" (Rumıniya) – "Şirak" (Ermənistan) 3:0
"Motervell" (Şotlandiya) – "Qlentoran" (Şimali İrlandiya) 5:1
"Aberdin" (Şotlandiya) – "Runavik" (Farer adaları) 6:0
"Maribor" (Sloveniya) – "Kolreyn" (Şimali İrlandiya) 1:1 (penaltilər 4:5)
"Lex" (Polşa) – "Valmiera" (Latviya) 3:0
"Partizan" (Serbiya) – RFS (Latviya) 1:0
"Şemrok Rovers" (İrlandiya) – "İlves" (Finlandiya) 2:2 (penaltilər 12:11)
"Honved" (Macarıstan) – "İnter" (Finlandiya) 2:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest