"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, paytaxt klubu braziliyalı qapıçı Mateus Albino ilə anlaşıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, futbolçu daha əvvəl ölkəsinin "Joinvil" və "Londrina"  klublarının da şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest