Türkiyənin "Fənərbaxça" klubunun futbolçusu Vedat Muriqi bundan sonra karyerasını İtaliyada davam etdirəcək.
 
Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
 
Klub 26 yaşlı futbolçunun "Latsio" ilə transfer danışıqları apardığını açıqlayıb.
 
2019-cu ilin yayında "Fənərbaxça"ya transfer edilən Muriqinin klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest