Sabah Topaz Premyer Liqasında 2018/19 mövsümünün ilk yarısı başa çatacaq. Matç.az saytı xəbər verir ki, "Qəbələ" 2018-ci ildə son çempionat oyununu səfərdə keçirəcək.

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda "Səbail"lə üz-üzə gələcək. Bu matç rəqiblər arasında 8-ci duel olacaq. İndiyə qədər keçirilən 7 matçda üstünlük "Qəbələ"nin tərəfindədi. 5 qələbə qazanan "qırmızı-qaralar" 1 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Bölgə komandası 16, rəqib 7 dəfə fərqlənib. "Qəbələ" əvvəlki 7 dueldə meydanı qolsuz tərk etməyib. "Səbail"in qapısından Baqali Dabo 6, Famussa Kone 3 top keçirib.

Premyer Liqada keçirilən 5 matçda 3 qələbə qazanan "qırmızı-qaralar" 1 heç-heçə edib və 1 dəfə uduzub. "Qəbələ" top fərqində üstündür – 11:5.

Paytaxt təmsilçisinin meydanındakı bütün oyunlarda hər iki komanda qol sevinci yaşayıb. 2 dəfə qalib gəlib, 1 dəfə uduzan "Qəbələ" top fərqində öndədi – 5:3.

 

2017/18 mövsümü

17.09.2017. Premyer Liqa. "Səbail" – "Qəbələ" – 1:3

Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60

04.11.2017. Premyer Liqa. "Qəbələ" – "Səbail" – 3:1

Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88

11.12.2017. Azərbaycan kuboku. "Qəbələ" – "Səbail" – 1:0

Stiven Monroz, 59

15.12.2017. Azərbaycan kuboku. "Səbail" – "Qəbələ" – 2:4

Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75

24.02.2018. Premyer Liqa. "Səbail" – "Qəbələ" – 2:1

Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68

15.04.2018. Premyer Liqa. "Qəbələ" – "Səbail" – 1:1

Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55

 

2018/19 mövsümü

15.04.2018. Premyer Liqa. "Qəbələ" – "Səbail" – 1:1

Asif Məmmədov, 23; Urfan Abbasov, 63; Ceyms Adeniyi, 82

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest