Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub. 

"Səbail" doğma meydanda "Zirə" ilə qarşılaşıb. Sözügedən komandalar yeni mövsümdə ilk qələbə üçün meydana çıxıblar. üç qolun qeydə alındığı matçda qələbəni "Zirə" futbolçuları bayram ediblər.

İlk oyun günündə "Neftçi" evdə "Sumqayıt"a 0:2 hesabıyla uduzubsa, "Keşlə" – "Qarabağ" matçında qalib müəyyənləşməyib – 0:0. Tura sabah keçiriləcək "Sabah" – "Qəbələ" matçı ilə yekun vurulacaq.
 
Azərbaycan Premyer Liqası
2-ci tur
12 sentyabr
 
"Səbail" – "Zirə" - 1:2
Qol: ü.Abbasov, 80-pen - D.Volkov, 47. R.Qurbanov, 67-pen.
Matçın 55-ci dəqiqəsində Rauf Əliyev penaltidən yararlana bilməyib (qapıçı).
Bakı. "ASCO Arena". Hakimlər: Vüqar Həsənli, Rahil Ramazanov, Kamran Bayramov, Orxan Məmmədov.
 
Səbail: 96. Nikolas Hagen, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. ürfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 8. Lema Mabidi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 19. Elgün Nəbiyev, 22. Əfran İsmayılov, 16. Peyman Keşavarzi, 13. Əli Sadıxov, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Zirə: 1. Mateus Albino, 91. Ruslan Qurbanov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 14. Rəşad Eyubov, 13. Şəhriyar Rəhimov, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios çantakias, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 8. İlkin Muradov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 17. Kayo Rangel, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Rəşad Sadıqov.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest