Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ”ın da növbəti rəqibi bəlli olub.

Ağdam klubu pley-off mərhələsində  “Legiya” (Polşa) - “Drita” (Kosovo) cütünün qalibi ilə görüşəcək. Təmsilçimiz bir oyundan ibarət mərhələ matçını səfərdə keçirəcək.

Qeyd edək ki, III təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest