Azərbaycan Premyer Liqasının III turu "Səbail"in futbolçusu Urfan Abbasov üçün əlamətdar olub.

Matc.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, meydana kapitan kimi çıxan müdafiəçi ölkə çempionatında 200-cü matçını keçirib.

Yubiley "Sumqayıt"la səfər görüşünə (1:2) təsadüf edib. Premyer Liqada 2011/12 mövsümündə debüt edən milli komandamızın üzvü indiyədək "Qəbələ" və "Səbail"in heyətində forma geyinib. O, 200 oyunda 3 qol vurub.

Qeyd edək ki, Abbasov Azərbaycan çempionatları tarixində 200 və daha çox oyun keçirən 132-ci futbolçudur.

mövsüm

klub

oyun

qol

2011/12

Qəbələ

12

0

2012/13

Qəbələ

28

0

2013/14

Qəbələ

21

1

2014/15

Qəbələ

25

1

2015/16

Qəbələ

21

0

2016/17

Qəbələ

20

0

2017/18

Qəbələ

25

0

2018/19

Qəbələ

25

1

2019/20

Səbail

20

0

2020/21

Səbail

3

0

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest