"Zidanın İngiltərə Premyer Liqa klublarından birinə keçəcəyinə inanmıram. İngiltərə futbolu onun oyun fəlsəfəsinə uyğun deyib. Biz variantları müzakirə etdik"

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan "Mançester Yunayted"in "sükanı arxası"na keçməkdən imtina edib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu fransalı mütəxəssisin meneceri Alan Milyaçço deyib.

O, təcrübəli mütəxəssisin, ümumiyyətlə, İngiltərədə çalışmayacağını söyləyib: "Zidanın İngiltərə Premyer Liqa klublarından birinə keçəcəyinə inanmıram. İngiltərə futbolu onun oyun fəlsəfəsinə uyğun deyib. Biz variantları müzakirə etdik. Zidan İngiltərəyə getmək istəmir. Məşqçi istirahət edir və gələn yaya qədər işləməyəcək".

Qeyd edək ki, cari mövsümə uğursuz start götürən "Mançester Yunayted" Joze Mourinyonu məhz Zinəddin Zidanla əvəzləmək niyyətindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest