Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının oyununu idarə edib.

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının oyununu idarə edib.
 
Matc.az xəbər verir ki, o, Rumıniyada yerli "Styaua" ilə çexiyanın "Slovan" (Liberets) klublarının görüşündə baş hakim olub.
 
Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsiylə yekunlaşıb. Xeyli futbolçusu koronavirusa yoluxduğu üçün meydana zəif heyətlə çıxmış "Styaua" mübarizəni dayandırmalı olub. "Slovan" isə pley-offa yüksəlib.
 
Ağayev qarşılaşmanın 20-ci dəqiqəsində meydan sahiblərinin bir futbolçusunu birbaşa qırmızı vərəqə ilə meydandan qovub. O, "Styaua"dan iki, "Slovan"dan üç futbolçuya da sarı vərəqə göstərib.
 
Əliyara bu oyunda yan xətt hakimləri Zeynal Zeynalovla Akif Əmirəli yardım edib. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest