10 Dekabr 2018, 15:30
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 _1543246781_1543927739_1544455871.jpg) 
 
Məşqçilərin yeni dünya reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, hər həftə yenilənən reytinq siyahısında Topaz Premyer Liqasında çalışan iki mütəxəssis yer alıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun hesabına 1073 xal var. ötən həftə 452-ci pillədə qərarlaşan 46 yaşlı mütəxəssis 3 pillə geriləyib. Siyahıya daxil edilən yeganə azərbaycanlı məşqçi hazırda 455-cidi.
"Neftçi"nin italiyalı baş məşqçisi Roberto Bordin 3 pillə irəliləyib. Hesabında 123 xal olan mütəxəssis 965-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, cədvələ "Barselona"nın baş məşqçisi Ernesto Valverde başçılıq edir – 14 min 934 xal.

 
             
 




_1761919595.jpg)



_1761913751.jpg)




_1761908608.jpg)

