"Əvvəlki heyətdən 4 oyunçu komandadan kənarlaşdırılıb. Lakin əvəzində bu dəfə Tomaşeviç, Simiç, Veşoviç və Muqoşa bizimlə olacaq. Hazırkı heyət əvvəlki 2 oyunda qarşıya qoyulmuş vəzifələrin öhdəsindən yaxşı gəldi"

"Oktyabrdakı oyunlarda da demək olar ki, Kipr və Lüksemburqla matçların yükünü üzərinə götürən eyni futbolçulara güvənmək qərarına gəldik. Bütün oyunçular sağlam və yaxşı formada olduqları üçün şadam". Matc.az xəbər verir ki, bu sözləri Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibegiç yerli futbol ittifaqının rəsmi saytına açıqlamasında deyib. O, Latviya ilə yoldaşlıq, Azərbaycan və Lüksemburqla isə UEFA Millətlər Liqasının oyunları barədə danışıb.


63 yaşlı mütəxəssis əvvəlki heyətdən 4 futbolçunu komandadan kənarlaşdırdığını bildirib:

"ümid edirəm ki qarşıdakı görüşlərdə zədə ilə bağlı heç bir problemimizin olmayacaq. Əvvəlki heyətdən 4 oyunçu komandadan kənarlaşdırılıb. Lakin  əvəzində bu dəfə Tomaşeviç, Simiç, Veşoviç və Muqoşa bizimlə olacaq. Hazırkı heyət əvvəlki 2 oyunda qarşıya qoyulmuş vəzifələrin öhdəsindən yaxşı gəldi. Düşünürəm ki, bu dəfə də belə olacaq.

Biz hələ turnirin start mərhələsindəyik. 6 xal bizə mübarizəni davam etdirmək üçün təminat vermir. Bu, sadəcə, yaxşı iş və oyun üçün stimuldur. Qarşıdakı matçlarda da xallar qazanmalıyıq. Bunun üçün isə maksimum motivasiya, rəqabət, istək və nizam-intizam lazımdır".

Hacibegiç oktyabrda 3 oyun keçirəcəklərini vurğulayaraq, bunu yığma komandalar üçün qeyri-adi hal adlandırıb:

"Amma biz vəziyyətə uyğunlaşmalıyıq. Latviya ilə yoldaşlıq oyununda heyətə yeni futbolçular əlavə edəcəyik. Bu, digər iki qarşılaşmaya daha yaxşı çıxmaq məqsədi daşıyır. Təəssüf ki, oyunlar azarkeşsiz olacaq. Fanatların dəstəyi bizim üçün çox şey deməkdir. Bu, yaxşı üstünlük ola bilərdi. öz evlərində bizi izləyəcək azarkeşləri sevindirmək üçün meydanda həll yolu tapmalıyıq".

Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək Monteneqro - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Rəqib 3 gün sonra isə Lüksemburqla üz-üzə gələcək.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest