Topaz Premyer Liqasının lideri "Neftçi" mövsümdə ilk dəfə meydanı qol vurmadan tərk edib. Matç.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, əvvəlki 13 oyunda rəqib qapılarına yol tapan paytaxt təmsilçisi "Sumqayıt"la matçda qol vura bilməyib - 0:0.

Bununla da bakılıların 21 oyunluq seriyası qırılıb. "Neftçi" ötən mövsümün son 8 oyununda da qol sevinci yaşamışdı. Paytaxt təmsilçisi sonuncu dəfə ötən mövsümün martın 14-də "Qarabağ"la evdə keçirilən görüşdə qolsuz qalmışdı. Həmin oyun da 0:0 hesabı ilə başa çatmışdı.

Bakılılar bu 21 matçda ümumilikdə 41 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest