Topaz Premyer Liqasının cari mövsümündə 5-ci avtoqol qeydə alınıb. Matç.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, bu dəfə "Zirə"nin futbolçusu İlkin Qırtımov topu öz qapısından keçirib.

O, XIV turun "Qarabağ"la ev oyununda (0:6) uğursuzluq yaşayıb. Avtoqollardan ikisi İlkinin komanda yoldaşı Adil Nağıyevin passivindədi. O, "Keşlə" və "Sumqayıt"la goruşlərdə "fərqlənib". "Zirə"nin üzvlərinin üç avtoqolundan başqa "Qarabağ" və "Sumqayıt"ın oyunçuları da öz qapısına qol vurub.

Sonuncuların qapıçısı Mehdi Cənnətov "Keşlə", "Qarabağ"lı Abbas Hüseynov "Neftçi" ilə görüşdə rəqibini sevindirən qolu vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest